Nazirlər Kabineti bu gün istefa verib

13:13 | 14.02.2024
Nazirlər Kabineti bu gün istefa verib

Nazirlər Kabineti bu gün istefa verib

Azərbaycanın Nazirlər Kabineti seçilmiş prezidentin andiçmə mərasimindən və vəzifəyə başlamasından sonra istefa verib. Bu barədə dövlət başçısı İlham Əliyevin saytında yerləşdirilən sərəncamda deyilir.

Bu prosedur ölkə konstitusiyasında təsbit edilib və onun 116-cı maddəsində deyilir: "Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəyə başladığı və səlahiyyətlərini həyata keçirməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir”.

Sərəncamda həmçinin qeyd olunur: "Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılmazdan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin vəzifələrinin icrası onun əvvəlki tərkibinə həvalə edilsin”.

Bundan əvvəl Azərbaycanın seçilmiş prezidenti İlham Əliyevin andiçmə mərasimi olub. Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti and içdiyi gündən səlahiyyətlərini həyata keçirməyə başlamış sayılır.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. İlham Əliyev onlara qalib gəlib, səsvermədə iştirak edən seçicilərin 92,12 faizi ona səs verib. O, növbəti yeddi il ərzində ölkəyə rəhbərlik edəcək.
 
Gülnar 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM