Nazirlər Kabinetinin işçilərinə də android və smartfon tipli telefonlarla binaya daxil olmasına icazə verilmir.Bunu AzVision.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.O, bu qərarın artıq xeyli vaxtdır ki, tətbiq olunduğunu qeyd edib:“Artıq xeyli vaxtdır ki, bu qərar bizdə verilib. Dövlət sirrinin qorunması, dövlət mənafeyi, təhlükəsizliyi üçün bu qərar verilib. Və bu qərara heç bir etiraz olmayıb”-deyə, Akif Əli qeyd edib.Qeyd edək ki, yanvar ayının 1-dən Milli Məclisə smartfon və android tipli telefonla giriş qadağan olunub. Təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verəcək binaya daxil olacaqlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !