Ukrayna Nazirlər Kabinetinin binası qarşısında nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında növbəti qarşıdurma yaranıb.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Meydanında toplaşan mitinqçilər bu gün səhər müxalifətçi deputatların başçılığı ilə yaxınlıqdakı hökumət binasına doğru yürüşə keçiblər. Onlar əllərində “Yuliyaya azadlıq!”, “Ukrayna - Avropa Birliyinə!” yazılmış plakatlar tutublar və hökuməti istefaya çağırıblar. Hökumət binasına çatan yürüşçülərlə “Berkut” xüsusi təyinatlı milis dəstəsinin üzvləri arasında toqquşma baş verib. Milislər gözyaşardıcı qazdan istifadə ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !