“Nazirlər orduda xidmət etməyib”- Erməni komandirdən etiraz

12:23 | 21.09.2017
“Nazirlər orduda xidmət etməyib”- Erməni komandirdən etiraz

“Nazirlər orduda xidmət etməyib”- Erməni komandirdən etiraz

"Ermənistanda hazırda elə vəzifəlilər, rəsmi şəxslərin övladları və nəvələri var ki, onlar yalnız hərbi bilet əldə etməklə, hərbi xidmət keçmədən dövlət işlərində çalışırlar”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda "Könüllü döyüşçülər ittifaqı” şurasının üzvü, "Aparan” dəstəsinin komandiri Razmik Petrosyan bildirib. Onun sözlərinə görə, gərək müharibə şəraitində olan ölkənin müdafiə naziri hərbçi olsun: "Bu normal deyil. Qəbul edilən qanunlar da əvvəlkilər kimi formal xarakterli olacaq”.

R. Petrosyan deyib ki, Ermənistan ordusunda bir çox yüksək vəzifəli şəxslər və nazirlər də hərbi xidmət keçməyib: " Onların yalnız övladları deyil, bir çox nazirlərin özləri də hərbi xidmət keçməyib. Orduda xidmət keçməyən şəxslərin küçə ticarətindən başqa yaşamağa vəsaiti olmamalıdır. Yəni, hərbi xidmət keçməyən bizim bugünkü rəsmi şəxslərimiz rəsmi dövlət vəzifəsi tutmaq hüququna malik olmamalıdır. Ancaq bizim hərbi xidmətdə olmayan yüksək vəzifəli rəsmi şəxslərimiz, nazirlərimiz var”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM