Nazirlər qriplə xəstələnsə gərək özlərini güllələsinlər

23:00 | 11.11.2019
Nazirlər qriplə xəstələnsə gərək özlərini güllələsinlər

Nazirlər qriplə xəstələnsə gərək özlərini güllələsinlər

Rusiya prezidenti Vladimir Putin bildirib ki, özü qripə qarşı peyvənd elətdirib və hökumətin bütün üzvləri, o cümlədən Kreml administrasiyasının üzvləri də eynilə hərəkət etməlidir.

Anews.az RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı daha zonra zarafat edib. Deyib ki, nazirlər qriplə xəstələnsə gərək özlərini güllələsinlər. "Qripə yoluxdun-özünü güllələ. Bəs necə? Qarşısını ala bilərdin-almamasan!”,-Putin deyib.

Hökumət üzvləri ilə görüşü zamanı Putin səhiyyə naziri Veronika Skvortsovanın qripə qarşı peyvənd kampaniyası barədə hesabatını dinləyib. "Rospotrebnadzor” xəbərdarlıq edir ki, vətəndaşlar epidemiya başlamazdan əvvəl peyvənd olmalıdır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb