Nazirlik 319 əməkdaşını cəzalandırıb

12:14 | 01.08.2020
Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Anews.az-a daxil olan məlumata görə, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM