Nazirlik 39 min manat cərimə kəsdi

21:46 | 11.01.2018
Nazirlik 39 min manat cərimə kəsdi

Nazirlik 39 min manat cərimə kəsdi

Təbiətə vurulan zərərə görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 18 müddətli "məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması yoxlanılıb.

Araşdırma zamanı ümumilikdə 53 iş üzrə 39 min 550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 200 iş üzrə 38885,64 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 35, icra qurumlarına 52, məhkəmələrə isə 27 iş göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM