Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, araşdırma bitdikdən sonra saxta səhifəni açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.
Qeyd edək ki, SN-nin saxta səhifəsinin açılması və orada arıqlama dərmanlarının endirimli qiymətlə təklf edilməsi barədə məlumatlar yayılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !