Nazirlik Bakıdakı o qorxunc təhlükə ilə bağlı hərəkətə keçdi - FOTO

12:35 | 12.12.2018
Nazirlik Bakıdakı o qorxunc təhlükə ilə bağlı hərəkətə keçdi - FOTO

Nazirlik Bakıdakı o qorxunc təhlükə ilə bağlı hərəkətə keçdi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş və təhlükə yaradan ağaclarla bağlı tədbir görür.

Nazirliyin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsinə başlanılıb. Rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, 21 noyabr 2018-ci il tarixindən başlanan və bugünədək davam edən aksiyalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 143 qurumuş və təhlükə yaradan ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib.
Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli "Qaynar xətt” inə məlumat versinlər.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti