Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özəlləşdirməyə 35 avtobus təqdim edib.
Axar.az xəbər verir ki, hərraca təqdim edilən avtobuslar nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-yə məxsusdur.
Özəlləşdirməyə birdəfəyə 27 ədəd "Daevoo BC212MA” markalı, 8 ədəd isə "Man Lion S Klassik A-74” markalı avtobus təqdim edilir.
2008-ci ilin istehsalı olan 35 avtomobilin qiyməti istifadə edilmə müddətinə əsasən dəyişir.
"Daevoo BC212MA” markalı avtobuslar üçün müəyyən edilən ilkin start qiyməti 13.500 manatla 14.000 manat atasında dəyişir.
"Man Lion S Classik A-74” markalı avtobuslar üçün isə müəyyən edilən ilkin start qiyməti 25.000 manatdır.
Hərrac 16 oktyabr tarixində həyata keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !