Növbəti monitorinq keçirildi.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı:
Bakının Pirallahı rayonunda
- Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsində Nazim Mizafarova məxsus mağazada;
Qaradağ rayonunda
- Lökbatan qəsəbəsi, 1594-cü keçiddə Şahmurad Vəliyevə məxsus mağazada;
Zərdab şəhərində
- Zərdabi küçəsində Elşad Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Suraxanı rayonunda
- Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində Mərziyyə Məmmədovaya məxsus mağazada;
Yasamal rayonunda
- İnşaatçılar prospekti, ev 12/26 ünvanında Rauf Həsənova məxsus mağazada;
Saatlı şəhərində
- 1 May küçəsində Mikayıl Quliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nəsimi rayonunda
- R.Behbudov küçəsi, 62 ünvanında İlham Musayevə məxsus mağazada;
Qaradağ rayonunda
- Lökbatan qəsəbəsi, 28 May küçəsində Elnur Müseyibova məxsus mağazada;
Yasamal rayonunda
- Zərdabi prospekti, 55 ünvanında Azad Ələkbərova məxsus mağazada;
Nizami rayonunda
- Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/3Q ünvanında Kamalə İmanquliyevaya məxsus mağazada;
Ağstafa şəhərində
- M.Ə.Rəsulzadə küçəsində Rəna Əliyevaya məxsus mağazada;
Şəmkir şəhərində
- S.Vurğun küçəsi, 42 ünvanında Cəmilə Qələndərovaya məxsus mağazada;
Saatlı şəhərində
- H.Əliyev prospektində Rəsul Məmmədova məxsus mağazada;
Sabirabad şəhərində
- Ordubadi küçəsində Rəşad Axundova məxsus mağazada;
Quba şəhərində
- M.P.Vaqif küçəsində Rövşən Məhərrəmova məxsus mağazada;
Astara şəhərində
- Azərbaycan küçəsində Azər Əhmədova məxsus mağazada;
Yardımlı şəhərində
- H.Əliyev prospektində Mahir İsmayılova məxsus mağazada;
Balakən şəhərində
- S.Gözəlov küçəsində Həmzət Addayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !