Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı

14:53 | 01.11.2019
Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı

Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb.

Beləliklə, qeyd edilən şəxslərdən ibarət xeyli sayda şəxsin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, bu işlər qısa müddətdə yerinə yetirilib. Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub.
Müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-dan ayın sonunadək aparılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb