Nazirlik doğuş zamanı əkiz körpə ölümünə münasibət bildirdi

17:00 | 18.03.2014
Nazirlik doğuş zamanı əkiz körpə ölümünə münasibət bildirdi

Nazirlik doğuş zamanı əkiz körpə ölümünə münasibət bildirdi

Səhiyyə Nazirliyi Cəlilabad rayonunda doğuş zamanı əkiz körpənin ölümü və ananın Bakıya gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili APA-ya açıqlamasında deyib ki, Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən 1989-cu il  təvəllüdlü Gülnarə Şəmiyevanı Bakıya nəql etmək hələlik mümkün deyil. A. Qədirli qeyd edib ki, cərrahiyyə əməliyyatı yeni olduğu üçün onun Bakıya gətirilməsi xəstədə problem yarada bilər: “Amma Bakıdan reanimatoloqlar briqadası və Lənkəran Perinatal Mərkəzindən mütəxəssis qrupu Cəlilabada göndərilib. Onlar yerində xəstənin vəziyyətini öyrənib onun sağlamlığı ilə məşğul olacaqlar”. Nazirlik rəsmisi vurğulayıb ki, Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə gətirilərkən uşaqlar artıq ananın qarnında ölmüş vəziyyətdə olub. Qadında antenatal (bətndaxili) ölüm baş verdiyini deyən A.Qədirli bildirib ki, bunun səbəbləri hələki məlum deyil: “Böyük ehtimalla ana xəstəxanaya gəlmədən öncə yıxılıb və bu da antenatal ölümə səbəb olub. İlkin səbəb kimi bu göstərilir. Lakin bütün məlumatlar nazirliyin Doğuşa Yardım Komissiyasına təqdim edilib. Anada xəstəxanaya gəlmədən öncə antanental ölüm baş verdiyi üçün hadisənin dəqiq səbəbləri Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır və nəticələr onların araşdırmasında sonra məlum olacaq”. Qeyd edək ki, Azərbaycanın Cəlilabad rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb. Cəlilabad rayon sakini, 1989-cu il  təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub. Ananın vəziyyəti də kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti