Nazirlik dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait ödədi

14:55 | 11.06.2015
Nazirlik dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait ödədi

Nazirlik dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait ödədi

2015-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olub.

Oxu.Az-a nazirlikdən verilən məlumata görə, bununla proqnoz tapşırığına 101,6 % əməl edilib.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 905 milyon 879,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.

Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi  66,9 % təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb