Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yayıb

00:18 | 25.03.2024
Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yayıb

Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yayıb

Erməni teleqram kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildiririk ki, bu kimi məlumatlar təmamilə fake və dezinformasiya xarakteri daşıyır.Bu barədə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub.

"Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti