"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib. Təxribat zamanı yüngül yaralanmış gizir Məmmədov Murad Asif oğlu, əsgərlər İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər. Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur. Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.Xatırladaq ki, mayın 21-dən 22-nə keçə gecə cəbhənin Füzuli istiqamətində erməni diversiya qrupunun hücumu və ordumuzun həyəcan siqnalı ilə döyüş hazırlığına gətirildiyi barədə atışmanın getdiyi an Axar.az-a beyləqanlı oxucularımız məlumat vermişdilər. ANN.Az