Nazirlik gediş haqqını artıran sürücüləri cəzalandırdı

16:46 | 04.12.2013
Nazirlik gediş haqqını artıran sürücüləri cəzalandırdı

Nazirlik gediş haqqını artıran sürücüləri cəzalandırdı

“Sahibkarlar bizə məktub göndəriblər”.Nəqliyyat Nazirliyi paytaxtda sərnişindaşımada xidmət göstərən avtobuslarda özbaşına qiymət artıran xətt sahiblərini cəzalandırıb.ANN.Az Movqe.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib ki, nazirlik hələki qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib:“Bizə özbaşına qiymət artımı ilə bağlı dünəndən siqnallar daxil olur. Artıq biz qiyməti özbaşına artıran xətt sahibləri barədə ölçü götürmüşük. 131 saylı xətdə özbaşına qiymət artımının qarşısı alınıb. Bu nəzarət tədbirləri davam etdirilir. Burdan bir daha elan edirəm ki, Tarif Şurası tərəfindən şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşımada gediş haqları artırılmayıb.Düzdür, sahibkarlar bizə benzinin son qiymət artımından sonra da gediş haqqlarının artırılması üçün Tarif Şurasına müraciət etmək üçün məktub göndəriblər. Amma bir daha qeyd edirəm ki, Nəqliyyat Nazirliyi bunun üçün Tarif Şurasına müraciət etməyib”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti