Nazirlik gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət edib?

17:55 | 13.01.2014
Nazirlik gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət edib?

Nazirlik gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət edib?

 Azərbaycan Nəqliyyat Nazirliyi bu il ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə Tarif Şurasına müraciət etməyib.Bunu «APA-Economics»ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, Nazirliyə dəfələrlə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olub: «Lakin hələlik buna ehtiyac olmadığı üçün Nazirlik Tarif Şurasına müraciət etməyib. Çünki keçən il məsələ ilə bağlı təkliflər olsa da, Tarif Şurasında bu müraciət məqbul sayılmayıb». Eyni zamanda, N.Həsənov əlavə edib ki, Nəqliyyat Nazirliyi sahibkarlara da xəbərdarlıq edib: «Süni qiymət artımı aşkar olunduğu halda, həmin sahibkarlar sərt şəkildə cəzalandırılacaq». Xatırladaq ki, Nəqliyyat Nazirliyi keçən il sahibkarların təkliflərinə əsaslanaraq və istismar məsrəflərinin artdığını nəzərə alaraq gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM