Nazirlik “Grand Plaza”nı polisə verdi

17:00 | 24.05.2018
Nazirlik “Grand Plaza”nı polisə verdi

Nazirlik “Grand Plaza”nı polisə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş 6 ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib. Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin "Grand Plaza” MMC-yə verildiyi məlum olub.

Söküntü işləri zamanı ağacların MMC tərəfindən çıxarıldığı müəyyən olunub, faktla bağlı akt və protokol tərtib edilib.

"Grand Plaza” MMC barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər müvafiq rayon məhkəməsinə və rayon Polis İdarəsinə göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb