Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb

12:52 | 28.01.2021
Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb

Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb

"İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik”.

"Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsi vəzifəsini icra edən Azad Cəfərli deyib.

O bildirib ki, bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib: "Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1 000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, adibədələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan göstürmək istəyiblər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM