Respublikanın bir sıra təhsil müəssisələrində cari təmir və kommunal-kommunikasiya işlərinə növbəti dəfə 4.511.000 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin bu dəfə qalibi isə "MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT" MMC-dir.
Qalib şirkət 2019-cu il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı hələ 2110.00 AZN-dir.
Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb
İyulda elm və təhsil naziri Emin Əmrulayyev açıqlayıb ki, Ölkə üzrə təmirə ehtiyacı olan məktəblərin sayı 600-ə düşüb. Bu rəqəm daha əvvəl 800 olub.
Martın 15-də baş nazir Əli Əsədov Milli Məclisdə hökümətin hesabatını təqdim edərkən deputatlara bildirib ki, hazırda ölkə üzrə təmirə ehtiyacı olan 660 məktəb var.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !