Nazirlik Mingəçevir şəhərində işgüzar forum keçirdi

11:14 | 11.11.2015
Nazirlik Mingəçevir şəhərində işgüzar forum keçirdi

Nazirlik Mingəçevir şəhərində işgüzar forum keçirdi

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Mingəçevir şəhərində sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

ANN.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il noyabrın 6-da Mingəçevir şəhərində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

* ixtisaslaşdırılmış "yaşıl market”in yaradılması;

* plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti