• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Nazirlik müharibədən sonra gördüyü işləri açıqladı

Nazirlik müharibədən sonra gördüyü işləri açıqladı
28.02.2021 20:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 13 min şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub.

Belə ki, şəhid ailələrinin üzvləri olan 7200 nəfərə aylıq sosial təminat növləri (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) üzrə ödənişlər təyin edilib. 9 min şəxsə sosial psixoloji dəstək göstərilib. 1210 müharibə əlili 1220 reabilitasiya vasitəsi, o cümlədən 15 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.

2500-dən çox şəxsə isə aktiv məşğulluq tədbirləri vasitəsilə dəstək göstərilib. Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edilib. 250-dək şəxsin ödənişli ictimai işlər, digərlərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol