Nazirlik Murad Dadaşovun ad gününü təbrik etdi

14:49 | 21.12.2019
Nazirlik Murad Dadaşovun ad gününü təbrik etdi

Nazirlik Murad Dadaşovun ad gününü təbrik etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xalq artisti, tanınmış aparıcı və prodüser Murad Dadaşovu ad günü münasibətilə təbrik edib.

Yeniavaz.com xəbər verir ki, nazirlik rəsmi feyzbuk səhifəsi vasitəsilə bu addımı atıb. Təbrikdə deyilir:

"Hörmətli Murad Dadaşov! Sizi ad gününüz münasibətilə təbrik edir, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələrdə verdiyiniz dəstəyə görə minnətdarlığımızı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirik”.

Postdan əlavə nazirlik, üzərində "Hörmətli Murad Dadaşov, ad gününüz mübarək!” sözləri və Xalq artistinin fotosu olan şəkil paylaşıb.

Şərhlərdə isə nazirliyin bu addımı birmənalı qarşılanmayıb. Qısa müddətdən sonra post feyzbukdan götürülüb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb