Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn sədri olduğu Xalq Partiyasının qeydə alınmasında problemlə üzləşdiyini bəyan edib.
Pənah Hüseyn bildirib ki, ötən ilin dekabrın 11 -də keçirilmiş AXP V qurultayının nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi 27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq (təqdim edilən sənədlərə AXP Nizamnaməsinin 1- ci redaksiyada əslinin əlavə edilməməsi və Nizamnamənin 2- ci redaksiyasının titul səhifəsində, AXP- nin qeydiyyat ilinin 1999-cu il əvəzinə 1992- kimi getməsi) əsas göstərilərək, bunlar düzəldilməsini istəyib. "Sənədlərin yenidən təqdimatdan sonra 05.01.2023 tarixində bu dəfə titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və Nizamnamədə sıralamada uyğunsuzliq qeyd olunaraq imtina edildi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !