Nazirlik: “Pul yığan müəllimlər cəzalandırılacaq”

18:57 | 19.12.2013
Nazirlik: “Pul yığan müəllimlər cəzalandırılacaq”

Nazirlik: “Pul yığan müəllimlər cəzalandırılacaq”

Təhsil Nazirliyi orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi üçün pul yığan müəllimləri cəzalandıracaq. 

Nazirliyinin mətbuat xidməti Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Yeni ilin gəlişi ilə bağlı məktəblərdə şənliklərin keçirilməsi üçün pul yığılması qanunsuzdur. “Orta məktəblərdə yeni il şənliklərinin təşkili üçün qanunsuz pul yığımı birmənalı şəkildə qadağandır. Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək”, – deyə nazirlikdən qeyd edilib.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM