Bu barədə AzVision.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda süni qiymət artımına qarşı mübarizə tədbirləri davam etdirilir:
"Süni qiymət artımına qarşı monitorinqlər keçiririk. Hələ ki, süni formada qiymət artımı halları ilə rastlaşmamışıq. Belə hallar aşkar edilərsə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.
Qeyd edək ki, bir neçə gün öncə manatın ucuzlaşması bazarlarda süni qiymət artımına səbəb olub. İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayaraq bəyan edib ki, süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !