Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı

22:37 | 01.10.2021
Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı

Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi tanınmış müğənni Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yayıb.

Anews.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib!

Müğənni Səyyad Əlizadə ömrünün 63-cü ilində vəfat edib.
Sənətçi 1958-ci il avqustun 6-da Füzuli rayonunun Babı kəndində anadan olub.
İlk təhsilini Babı kəndindəki orta məktəbdə alan S.Əlizadə uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayır.

1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Təhsil aldığı illərdə "Arzu” Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar”, "İstedadlar axtarırıq”, müsabiqələrinin, "SSRİ-Yunan gəncləri” Festivalının laureatı olub.
1987-ci ildə ilk albomu işıq üzü görür.Mərhum sənətçi "Gözlərimin yaşı”, "Bəyaz gecələr”, "Gül ki, ürəyim gülsün”, "Bizim Metropoliten” kimi mahnıların ifaçısı olub.
Allah rəhmət eləsin!”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM