İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus "Hiper” marketdə aparılan yoxlama zamanı təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !