Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində tutulan erməni ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub. Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır. MN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni diversiya qrupunun cəhdinin qarşısı alınarkən Azərbaycan Ordusunu itki verməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !