Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

19:52 | 08.10.2021
Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Xalq artisti, rejissor, professor Ağakişi Kazımovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.

Anews.az  xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə itki üz verib.

Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.
Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.
A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.

1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.
A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq”.
Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM