Nazirlikdə kadr dəyişikliyi olub

16:02 | 22.09.2020
Nazirlikdə kadr dəyişikliyi olub

Nazirlikdə kadr dəyişikliyi olub

İqtisadiyyat Nazirliyinin Aran Regional Bölməsinin müdiri Elbrus Hüseynov işdən çıxıb.

Anews.az xəbər verir ki, bölməyə rəhbərlik müvəqqəti olaraq qurumun baş məsləhətçisi Sani Məmmədova həvalə olunub.

Aran Regional Bölməsi Yevlax şəhərində yerləşir. Bundan başqa, nazirliyin Abşeron (Sumqayıt), Dağlıq Şivan (Şamaxı), Quba-Xaçmaz (Xaçmaz), Gəncə-Qazax (Gəncə), Lənkəran (Lənkəran), Şəki-Zaqatala (Şəki) və Yuxarı Qarabağ (Füzuki) regional bölmələri var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM