Kənd Təsərrüfatı Nazirliyi koronavirusla əlaqədar Bərdədəki mal bazarının bağlanması səbəbindən ölkədə ət qıtlığının müşahidə edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Anews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Trend-ə açıqlamasında deyib ki, Bərdədəki mal bazarının bağlanması ilə bağlı yayılan məlumatlar düzgün deyil, mal bazarı hər həftənin cümə günləri fəaliyyət göstərir.
Onun sözlərinə görə, rayonlardan Bakıya iri və xırdabuynuzlu mal-qaranın yük maşınları vasitəsilə kəsim məqsədilə daşınmasına məhdudiyyət yoxdur. Kənd təsərrüfatı məhsullarının, o cümlədən kəsim məqsədilə heyvanların orta və iritonnajlı maşınlarla daşınmasına qadağa qoyulmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !