Nazirlikdən güclü külək xəbərdarlığı

13:30 | 03.12.2013
Nazirlikdən güclü külək xəbərdarlığı

Nazirlikdən güclü külək xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 3-ü səhər saatlarında ölkə ərazisində müşahidə olunmuş güclü külək haqqında məlumat yayıb. Departamentdən APA-ya daxil olan məlumatda bildirilir ki, əvvəldən də xəbər verildiyi kimi, ölkə ərazisində dekabrın 3-ü səhər saatlarında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilib. Dekabrın 3-ü səhər saatlarına olan məlumatlara görə, küləyin sürəti Tərtərdə 28 m/s, Bərdə, Gəncə, Nabranda 20 m/s, Altıağacda 19 m/s, Naftalanda 17 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda, Sumqayıtda 22 m/s, Çilov adasında 24 m/s, Neft Daşları və Pirallahıda 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb. Dekabrın 3-ü axşamdan 4-ü səhərədək güclü şimal-qərb küləyinin davam edəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Havanın minimal temperaturu dekabrın 3-dən 4-nə keçən gecə 0-2 dərəcə isti təşkil edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM