Nəqliyyat Nazirliyi “London taksiləri”ndə çalışan sürücülərin üzləşdiyi problemlərə münasibət açıqlayıb.AzVision.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında sürücülərin gündəlik planlarının qaldırılması, onların işdən çıxarılması ilə bağlı şikayətlərin təmsil etdiyi quruma aidiyatı olmadığını deyib.Onun sözlərinə görə, “London taksiləri” “Bakı Taksi” MMC-yə aid olduğu üçün Nəqliyyat Nazirliyi bu məsələyə müdaxilə edə bilməz.“Bakı Taksi” MMC müstəqil şirkətdir. Bunun Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur. O vaxt “London taksiləri” Azərbaycana gətiriləndə həmin taksiləri şirkət öz boynuna götürmüşdü. Ona görə, nazirliyin məsələ ilə bağlı aidiyyatı yoxdur. Amma buna baxmayaraq bütün bu olaylardan xəbərdarıq”-deyə nazirlik sözcüsü qeyd edib.Xatırladaq ki, bir neçə gün öncə Bakıda fəaliyyət göstərən “London taksiləri”nin sürücüləri etiraza qalxıblar. Onlar gündəlik planlarının qanunsuz olaraq qaldırılmasından şikayət edirlər. Belə ki, şirkət sürücülər qarşısında şərt qoyaraq gündəlik 34 manat plan vermələrini tapşırıb. Halbuki, plan bundan öncə 28 manat idi.Bu olaydan şikayətlənən sürücülər Nəqliyyat Nazirliyindən kömək istədiklərini qeyd edirdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !