Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz "fişinq” hücum cəhdləri davam edir. Bu dəfə istifadəçilərə göndərilən "fişinq” xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir. Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.
Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !