"Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1,449 mln. manat, iyun ayları ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb".
anews.az xəbər verir ki, bu haqda "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Bildirilir ki, 399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 624 abonentin qaz təminatı dayandırılıb: "Azəriqaz" İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla, aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debitor borc yığılıb. Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla, may ayı ərzində 6,755 mln. manat, iyun ayı ərzində isə 4,091 mln. manat debitor borc yığılıb".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !