Nazirliyə 70 minə yaxın müraciət daxil oldu

14:57 | 10.10.2015
Nazirliyə 70 minə yaxın müraciət daxil oldu

Nazirliyə 70 minə yaxın müraciət daxil oldu

2015-ci ilin 9 ayı ərzində vergi orqanlarına cəmi 66 708 müraciət daxil olub ki, onlardan da 96,5%-i ərizə, 3,4%-i şikayət və 0,1%-i təklifdir.

Bu barədə Oxu.Az-a Vergilər nazirliyindən bildirilib. 

"Müraciətlərin 39%-i kameral vergi yoxlamaları, 31,8%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 2,3%-i vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 15,1%-i isə digər məsələlərlə bağlı olub” - deyə, nazirlikdən bildirilib.  

Bundan başqa, nazirlikdən qeyd olunub ki, müraciətlərin 70%-i müsbət həll olunub:

"Ümumilikdə müraciətlərin 70%-i müsbət həll olunub, 23,1%-i üzrə müvafiq izahatlar verilib, 4%-i əsassız sayılıb, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 1,8%-i icradadır.2015-ci ilin 9 ayı ərzində vergi orqanlarında 2 882 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib”

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM