Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazandı-FOTOLAR

15:54 | 15.09.2021
Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazandı-FOTOLAR

Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazandı-FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən himayəyə götürülərək müavinət ayrılan, erməni terrorundan zərərçəkmiş Sevil Əliyeva tələbə adını qazanıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də, 1 və 2 saylı Uşaq-Gənclər İdman Şahmat məktəblərinin direktorları Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Sevillə görüşərək onu təbrik edib, ona ali təhsilində uğurlar arzulayıblar.

Sevil Əliyeva Gəncədə yerləşən və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Dövlət Aqrar Universitetində Marketinq ixtisası üzrə təhsil alacaq.

2020-ci ilin oktyabrın  11-də Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalması nəticəsində Sevil valideynlərinin hər ikisini itirib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM