Nazirliyin işçilərinə atəş açan şəxs tutuldu – Cinayət işi açıldı

Mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Qazax rayon prokurorluğu məlumat yayıb.
Hazırda iş üzrə istintaq davam edir.
www.anews.az