Nazirliyin tikintiyə icazə sahəsində səlahiyyətləri artırıldı

11:24 | 14.10.2015
Nazirliyin tikintiyə icazə sahəsində səlahiyyətləri artırıldı

Nazirliyin tikintiyə icazə sahəsində səlahiyyətləri artırıldı

Nazirlər Kabineti "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Mədəniyyət və Turizm Nazirliyinin tikinti sahəsində səlahiyyətləri artırılıb.

İndiyə qədər şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri yerləşdirilməsi nəzərdə tutulan obyektin ətrafındakı ərazilər nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilib. Dəişikliyə əsasən bundan sonra şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri yerləşdirilməsi nəzərdə tutulan obyektin ətrafındakı ərazilər nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən  dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə müəyyən ediləcək. Şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənilən zaman da tarixi landşaft, mədəni irs obyektləri və tarixi-memarlıq abidələri ilə bərabər həmin abidələrin əraziləri və mühafizə zonaları göstəriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM