NDU-da yeni fakültələr yaradıldı

23:00 | 19.05.2020
NDU-da yeni fakültələr yaradıldı

NDU-da yeni fakültələr yaradıldı

Naxçıvan Dövlət Universitetində (NDU) yaradılan müasir tədris şəraiti, hər fakültənin ayrıca tədris binasında fəaliyyət göstərməsi müvafiq ixtisasların tədrisini günün tələbləri səviyyəsində qurmaq imkanı yaradır.

Publika.az Universitetin mətbuat xidmətinə istinadəbn xəbər verir ki, ali təhsil ocağının fakültə və kafedralarında struktur dəyişikliyi ilə əlaqədar universitetin rektoru Elbrus İsayev onlayn iclas keçirib. Rektor bildirib ki, qəbul edilən qərara əsasən Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə - Beynəlxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi ləğv edilərək İqtisadiyyat və idarəetmə fakültəsi yaradılıb.

Beynəlxalq münasibətlər və hüquq fakültəsi özündə Hüquq fənləri, Fəlsəfə və sosial iş, Beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə fakültəsi Mühasibat uçotu və maliyyə, Dünya iqtisadiyyatı və menecment, Bələdiyyə və turizm, Xarici dillər fakültəsi isə İngilis dili və metodika, İngilis dili və tərcümə, Rus və Şərq dilləri, Roman-german dilləri kafedralarını formalaşdırıb.

Tibb fakültəsində də ixtisas uyğunluğu nəzərə alınaraq Əczaçılıq və biokimya, Stomatologiya, Ümumi təbabət və kliniki fənlər, Təməl tibb fənləri kafedraları yaranıb. Yeni yaradılmış kafedralarda professor-müəllim heyəti ixtisas sahələrinə görə formalaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb