Nə qədər ərazi minalardan təmizlənib? - Açıqlama

15:02 | 04.04.2024
Nə qədər ərazi minalardan təmizlənib? - Açıqlama

Nə qədər ərazi minalardan təmizlənib? - Açıqlama

Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. 
 
"Azərbaycan mina terroru ilə üzləşən ölkələrdəndir. Hazırda dünyada 110 milyondan çox mina basdırılıb. 
 
Vətən müharibəsi başa çatandan indiyədək işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülüb. Ümumilikdə, 116 574 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Onlardan 65 585 ədədi partlamamış hərbi sursat (PHS), 31 919 ədədi piyada əleyhinə mina (PƏM) və 19 070 ədədi tank əleyhinə minadır. İşğaldan azad olunmuş ərazilərdə 1,5 milyona yaxın mina basdırılıb. Hazırda minaların təmizlənməsi işləri davam edir", - Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan mətbuat konfransında deyib.
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM