Nə qədər vətəndaşımız ünvanlı sosial yardım alır?

11:49 | 16.01.2014
Nə qədər vətəndaşımız ünvanlı sosial yardım alır?

Nə qədər vətəndaşımız ünvanlı sosial yardım alır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb. Bildirilir ki, 1 yanvar 2014-cü ilə olan məlumata əsasən, ölkədə 615 516 nəfər ailə üzvünü əhatə edən 140 711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Onlardan 39 852-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat,  hər ailə üzvü üçün 29,01 manat təşkil edir.ANN.Az xəbər verir ki, ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM