Nəcməddin Sadıqov nazirə görə polkovniki cəzalandırdı

13:04 | 16.12.2013
Nəcməddin Sadıqov nazirə görə polkovniki cəzalandırdı

Nəcməddin Sadıqov nazirə görə polkovniki cəzalandırdı

Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən Azərbaycan Silahlı Qüvvələrinin 2013-cü ilin yekunlarına həsr olunmuş müşavirədə insident baş verib. “Axar.az”ın əldə etdiyi məlumata görə, dekabrın 10-u baş tutan müşavirədən öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov nazirliyin yüksək rütbəli zabitlərini nazirə təqdim etmək üçün sıra düzülüşünə yığıb. Bəzi zabitlər Nəcməddin Sadıqovun bu göstərişinə etinadsız yanaşıb və sıra düzülüşünə vaxtında gəlməyiblər. Buna hiddətlənən Baş Qərargah rəisi sıra düzülüşünə gecikən zabitləri sərt şəkildə cəzaladırıb. Onların sırasında polkovnik Fikrət İbrahimzadə də olub. Nəcməddin Sadıqov polkovniki danlayıb və onun dekabr ayında zabitlərə verilən 13-cü əməkhaqqından məhrum edilməsi haqqında göstəriş verib. Baş Qərargah rəsinin polkovnikə hiddəti bununlada bitməyib və o, Fikrət İbrahimzadənin məharət dərəcəsinin alınması əmrini də verib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM