Neft bir qədər ucuzlaşdı

16:10 | 15.04.2021
Neft bir qədər ucuzlaşdı

Neft bir qədər ucuzlaşdı

Neftin qiymətləri ötən gün kəskin qalxdıqdan sonra bir qədər ucuzlaşıb.

Report xəbər verir ki, "Brent” markalı neftin iyun fyuçersləri 0,36 faiz ucuzlaşaraq 66,34 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,41 faiz ucuzlaşaraq 62,89 dollardan satılıb.

Xatırladaq ki, ötən gün ABŞ-da neft ehtiyatlarının gözlənildiyindən daha kəskin azalmasına dair rəsmi açıqlama, IEA və OPEC tərəfindən tələbat proqnozlarının artırılması neft qiymətlərinin 5 faizədək artmasına gətirib çıxarmışdı. Ona görə bu gün qeydə alınan cüzi ucuzlaşma geri təkan kimi dəyərləndirilməlidir.

"Neft bazarında əlverişli vəziyyət davam edir. Avropada və Hindistanda tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, ümumi mənzərə getdikcə düzəlir”, - deyə "Commerzbank”ın eksperti Eugen Vaynberq (Eugen Weinberg) "Bloomberg”ə bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM