Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) 2023-cü ildə xalis mənfəəti 8,1 milyard manat təşkil edib. Bu barədə SOFAZ rəsmi saytında yerləşdirilən auditor hesabatında bildirilib.
Fond 2022-ci ili 5 milyard 240,044 milyon manat xalis zərərlə başa vurub.
Ötən il SOFAZ-ın effektiv faiz dərəcəsi metodu ilə hesablanan faiz gəlirləri 2022-ci illə müqayisədə 2,5 dəfə artaraq 176,248 milyon manat, istiqraz investisiyaları üzrə gəlir 3,1 milyard manat, səhm investisiyaları üzrə gəlir 3,5 milyard manat olub.
Qızıl külçələrə investisiyaların həcmi 2023-cü ildə bir il qabaqla müqayisədə 15,6 dəfə artaraq 1,4 milyard manat təşkil edib.
Fondun məzənnə fərqi üzrə gəliri 109,299 milyon manat olub.
2023-cü ilin sonuna Neft Fondunun aktivləri 13,9% artaraq 56,3 milyard dollar təşkil edib.
Hesabat dövründə Fondun öhdəlikləri 27,1 % azalaraq 457,629 milyon düşüb.
2024-cü il yanvarın 1-ə SOFAZ balans kapitalı 2023-cü il yanvarın 1-i ilə müqayisədə 14,2% artıb və 95 milyard 313,672 milyon manat təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !