Neft Fondunun gələn il üçün gözlənilən investisiya portfelinin həcmi açıqlanıb

13:09 | 27.12.2023
Neft Fondunun gələn il üçün gözlənilən investisiya portfelinin həcmi açıqlanıb

Neft Fondunun gələn il üçün gözlənilən investisiya portfelinin həcmi açıqlanıb

2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyərinin (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Bu barədə Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda qeyd olunub.

Neft Fondu 10 ayda 7 milyard dollardan çox gəlir əldə edib.

2024-cü ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.

Bildirilir ki, gələn il üçün Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir.

"Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən cari il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 45,7 milyard dollara bərabər götürülüb.

Cari ilin 9 ayının nəticələrinə görə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 milyon dollar təşkil edib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti