Neft fondunun gəlir neftindən gəliri 8,5% azalıb

19:19 | 08.02.2023
Neft fondunun gəlir neftindən gəliri 8,5% azalıb

Neft fondunun gəlir neftindən gəliri 8,5% azalıb

2023-cü ilin yanvarında "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasi edilən gəlir neftinin satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar 625,074 milyon dollar təşkil edib ki, bu da keçən ilin uyğun dövrü ilə müqayisədə 8,5% azdır. Bu barədə ARDNF məlumat verib. 

2022-ci ilin yanvarında  ARDNF-nin Azərbaycanın AÇG yataqlar blokundan hasil etdiyi gəlir neftinin satışından əldə etdiyi gəlirlər 683,114 milyon dollar təşkil edib.

"Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən müqavilədə Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətlərinin payı var.

Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olması planlaşdırılır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM