Beynəlxalq Valyuta Fondu (BVF) Orta Şərq və Şimali Afrikanın neft hasil edən ölkələri başda olmaqla bir çox neft ixrac edən dövlətlərə xəbərdarlıq edib.
Fond dünya neft bazarında qiymətlərdəki azalma səbəbindən bu ölkələrə büdcələrini vəziyyətə uyğun tənzimləməyi və xərcləri azaltmağı tövsiyə edib.
"Report" xəbər verir ki, BVF "2015-ci ilin may ayı: iqtisadi vəziyyət" adlı hesabatında aşağı neft qiymətlərinin neft hasilatçısı olan ölkələrə (Orta Şərq və Şimali Afrika regionu üzrə) təsirini təhlil edib. Neftin qiymətindəki azalmanın uzunmüddətli olacağı bildirilən hesabatda "neft bazarının yeni həqiqətləri"nə də toxunulub. "Neft ixrac edən ölkələrin keçmişdəki kimi neft gəlirlərinə söykənən, bu gəlirlərin subvensiyalarla paylaşdırıldığı və vətəndaşların dövlət tərəfindən iş yerləri ilə təmin edilməklə dəstəklənən iqtisadi artım modelindən vaz keçmək zəruriyyəti yaranıb", - deyə sənəddə vurğulanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !